Elmar Vəliyevə qarşı sui-qəsdə dəstək verənlər müəyyənləşdirilib (RƏSMİ)

 Baş prokuror Zakir Qaralov Gəncə hadisələrinə görə həbs edilənlər barədə danışıb.

Qaynarinfo xəbər verir ki. Z.Qaralov Gəncə Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyevə qarşı törədilmiş sui-qəsd hadisəsinə və daha sonra şəhərdə iğtişağa cəhdlərə dəstək verən şəxslərin tam olaraq müəyyən edildiyini bildirib.Baş prokurorun sözlərinə görə, bu günə kimi 77 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Onlar müvafiq məhkəmələrin qərarları ilə həbs edilib, 11 nəfər haqqında axtarış elan edilib.

O bildirib ki, axtarışda olan 2 nəfər tutularaq ölkəyə gətirilib. 

"Bəzi cinayətkarların yerləri müəyyən edilib, onların da ekstradisiyası ilə bağlı ciddi tədbirlər həyata keçirilir. Həmin terror aktının təşkilatçıları və təhrikçiləri istintaq tərəfindən tam müəyyən edilib", - Z.Qaralov vurğulayıb.
Tarix: 28-09-2018, 21:24
Xəbəri paylaş





Xəbər lenti