İranda 10 nəfər öldü, 118 nəfər zəhərləndi


İranın cənubunda yerləşən Hürmüzqan əyalətinin Bəndərabbas şəhərində 10 nəfər qaçaq yolla ölkəyə gətirilən sprtli içkidən istifadə nəticəsində ölüb.

“Report” xəbər verir ki, bunu Hürmüzqan Tibb İdarəsinin İctimaiyyətlə əlaqələr müdiri Fatma Nevruzian deyib.

Onun sözlərinə görə, 118 nəfər alkoqoldan zəhərlənərək xəstəxanaya yerləşdirilib: “Onların bəzilərinin vəziyyəti ağırdır”.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, İranda müsəlman vətəndaşlar üçün alkoqollu içki içmək qadağasına məhəl qoymayanlar şallaqlanırlar.

Onu da xatırladaq ki, sentyabrın 11-də daha üç nəfər saxta spirtli içki içərək ölmüşdü.

Tarix: 28-09-2018, 21:53
Xəbəri paylaş





Xəbər lenti