“Azərbaycan Dəmir Yolları” QSC: Hadisənin baş verməsində maşinistin heç bir günahı yoxdur


"Bakı şəhəri, Xəzər rayonunun Binə qəsəbəsində sərnişin avtobusu ilə qatarın toqquşmasında maşinistin heç bir günahı yoxdur və hər iki tərəfdə şlaqbaum bağlı olub".

"Report" xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova deyib.

O bildirib ki, 12 boş çən vaqonundan ibarət olan 3703 nömrəli qatar Dübəndi stansiyası istiqamətində hərəkət edirmiş: "Avtobus qatarın keçməsini gözləmədən onun yoluna daxil olub və məlum qəza baş verib".

S.Qədirovanın sözlərinə görə, 10-TG-106 dövlət qeydiyyat nişanlı sərnişin avtobus yol hərəkəti qaydalarını pozaraq qorunan keçidə, yəni bağlı şlaqbauma daxil olub və qatarla toqquşub: “Avtobus hərəkətdə olan lokomotivin qarşısına çıxıb. "Yol hərəkəti haqqında" qanunun 44-cü maddəsinin tələbləri sürücü tərəfindən pozulub. Nəticədə lokomotiv 90 dərəcə istiqamətində reysdən çıxaraq çevrilib. Qatarın maşinisti şok vəziyyətindədir”.

Qeyd edək ki, hadisə zamanı xəsarət alanların sayı 34-ə çatıb. Yaralılardan 13 yaşlı məktəbli xəstəxanaya çatdırılarkən dünyasını dəyişib.

Tarix: 1-10-2018, 17:13
Xəbəri paylaş





Xəbər lenti