Nemət Pənahlıya 30 sutka həbs verilib


Milli azadlıq hərəkatının tanınmış ismi Nemət Pənahlı 30 sutka həbs cəzası alıb. Musavat.com xəbər verir ki, bu barədə jurnalist Əvəz Zeynallı facebookda məlumat yayıb: 

"Dünən günorta saat 12.00-dan Nemət Pənahlıdan xəbər alınmayıb. Ailəsi yalnız saat 20.00-dan hadisənin fərqində olub və axtarışlara başlayıb. Bu saatlara qədər Nemət Pənahlıdan xəbər alınmayıb. Yalnız 102-yə müraciət edəndən sonra Nəsimi RPİ-nin 21-ci polis bölməsinin növbətçi əməkdaşı Ramin Salmanov zəng edərək Nemət Pənahlının Nəsimi rayon məhkəməsinin qərarı ilə 30 sutkalıq həbs olundiğunu və Binəqədi müvəqqəti təcridxanasına göndərildiyini deyib. Nemət Pənahlı İXM-nin 535-ci maddəsinə (Maddə 535. Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) görə həbs olunub"...

Tarix: 13-10-2018, 10:48
Xəbəri paylaş





Xəbər lenti