Bibiheybətdə UÇQUN - İstinad divarı yola töküldü - FOTO


Bibiheybətdə UÇQUN - İstinad divarı yola töküldü

Bu gün səhər saatlarında Bibiheybət məscidinin yaxınlığındakı qəbristanlığın istinad divarı uçub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov Publika.az-a açıqlamasında bildirib ki, 20-ci sahə adlanan ərazidən Bibiheybətə gedən yolda heç bir sürüşmə və ya uçqun hadisəsi baş verməyib:


“Həmin ərazidə qoruyucu divarın üzlük daşları qopub. Üzlük daşları rütubətdən bərkliyini itirərək asfalt üzərinə tökülüb. Nə yamacda, nə də evlərdə deformasiya, sürüşmə əlamətləri var. Bu sürüşmə yox, tikinti ilə bağlı prosesdir”.

Tarix: 17-10-2018, 13:17
Xəbəri paylaş





Xəbər lenti