Krımda kollecdə partlayış, 10 ölü, 50 yaralı var - Foto+Yenilənib


Krımda kollecdə partlayış, 10 ölü, 50 yaralı var


İşğal altındakı Krımın Kerçi şəhərində politexnik kollecdə partlayış baş verib. Nəticədə 10 nəfər ölüb, 50-yə yaxın şəxs yaralanıb. 

“Qafqazinfo” xəbər verir ki, ilkin məlumata görə, insident məişət qazının partlaması nəticəsində baş verib. 

Hadisə yerinə beş təcili yardım briqadası və yaxın yaşayış məntəqələrindən bir neçə tibbi briqada göndərilib. 

***

Krımın Milli Antiterror Komitəsi texnikumdakı partlayışa müəyyən edilməyən partlayıcı qurğunun səbəb olduğunu açıqlayıb. Texnikumda təhsil alan tələbələrdən birinin sözlərinə görə, bir neçə partlayış olub və daha sonra atəş səsləri eşidilib.

 

 



Tarix: 17-10-2018, 14:48
Xəbəri paylaş





Xəbər lenti