Krımda “ikinci ADNA” terroru - Bakıdakı məktəblər necə qorunur...


Pərvanə İbrahimova: “BDU-da mühafizə işi kifayət qədər yüksək səviyyədə təşkil olunub”; Günel Aslanlı: “ATU-nun yataqxanalarında da kameralar quraşdırılıb”

İşğal altındakı Krımın Kerç şəhərində kollecdə partlayış baş verib. Ölənlərin sayı 20-yə çatıb. 50-yə yaxın şəxs yaralanıb. Həyatını itirənlərdən 15-i tələbə, 5-i isə kollec işçisi olub.

Krımın Milli Antiterror Komitəsi texnikumdakı partlayışa müəyyən edilməyən partlayıcı qurğunun səbəb olduğunu açıqlayıb. Texnikumda təhsil alan tələbələrdən birinin sözlərinə görə, bir neçə partlayış olub və daha sonra atəş səsləri eşidilib.

Rusiya İstintaq Komitəsi baş verənləri terror aktı kimi dəyərləndirib. Bununla əlaqədar, üç günlük matəm elan olunub.

Krımın rəhbəri Sergey Aksenov bildirib ki, hücumun təşkilatçısı 22 yaşlı gənc kollecin dördüncü kurs tələbəsi olub. Partlayışı törətdikdən sonra gənc özünü öldürüb.

Rusiya İstintaq Komitəsi olayın terror aktı olması ilə bağlı daha əvvəl açılan cinayət işində dəyişiklik edib. Belə ki, cəsədlərə baxış zamanı onların odlu silahdan açılan atəşlə qətlə yetirildiyi məlum olub.

Qeyd edək ki, Azərbaycanda oxşar terror hadisəsi 9 il öncə baş vermişdi. 2009-cu ilin 30 aprelində Azərbaycan Dövlət Neft Akademiyasında törədilən teraktda 13 nəfər həyatını itirmiş, 10-dan çox insan yaralanmışdı. İstintaqın gəldiyi son qənaətə görə, bu hadisə Gürcüstanın Marneuli bölgəsindən olan 29 yaşlı Fərda Qədirov tərəfindən törədilmişdi. Qatil terror aktını həyata keçirəndən sonra özünü də öldürmüşdü.

Həmin hadisədən sonra Azərbaycan məktəblərində mühafizə sistemi ciddi şəkildə sürətləndirilib. Xüsusilə ali məktəblərin mühafizəsinə daha çox diqqət ayrılır. Krımdakı bu terror aktı isə Azərbaycanda təhsil müəssisələrinin necə qorunduğunu yenidən aktuallaşdırıb.

AzÉrbaycan DövlÉt Pedaqoji Universitetinin Ä°ctimaiyyÉtlÉ ÉlaqÉlÉr ÅöbÉsinin müdiri  MÉnsur Ä°brahimov ile ilgili görsel sonucu

Bakı Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova “Yeni Müsavat”a dedi ki, BDU-da mühafizə işi ciddi təşkil edilir: “Məktəbin 4 əsas darvazası var. Bunların hər biri vasitəsilə tələbələr universitetə daxil olurlar. Bildiyiniz kimi, BDU ən böyük təhsil müəssisəsidir. Bunun üçün hər darvazanın önünə 2-3 mühafizəçi cəlb olunur. Mühafizə işimizin kifayət qədər yüksək səviyyədə təşkil olunduğunu demək olar. Birinci kurs tələbələrinə tələbə biletləri verilənə qədər müəyyən problemlər yaşayırdıq. Amma bu ildən o problem də aradan qaldırıldı. Tələbələrə biletlər vaxtında təqdim olunur. Tələblərin universitetə daxil olmalarında heç bir problem yaşanmır. Amma ciddi şəkildə yoxlamalar olur. Tələbə olmayan şəxslər olduqda müvafiq qaydada nə üçün gəldiyi soruşulur, sonra bununla bağlı dekan və ya yanına gəldikləri digər şəxslərlə əlaqə saxlanılır, ondan sonra isə şəxsiyyət vəsiqəsi qeydə alınır və həmin şəxs universitetə buraxılır. Düşünürəm ki, hər hansı bir problemimiz yoxdur. 4 darvazadan əlavə hər bir korpusun birinci mərtəbəsində mühafizə xidmətinin müxtəlif sayda əməkdaşları var”.

AzÉrbaycan Tibb Universiteti ile ilgili görsel sonucu

Azərbaycan Tibb Universitetinin mətbuat xidmətinin rəhbəri Günel Aslanlı mühafizənin gücləndirildiyini qeyd etdi: “6 tədris binamız və bu sayda da yataqxanamız, bir inzibati binamız, 4 klinikamız var. Bütün bunların hamısının mühafizəsinə xüsusi diqqət ayrılır. Kamera sistemi və şlaqbaum da mövcuddur. Klinikalarımızda da ciddi nəzarət var. Qapıların qarşısında mühafizəçilər durur. Bundan əlavə, içəridə hər şöbənin, mərtəbənin öz nəzarətçiləri var. Hətta yataqxanalarda belə kameralar quraşdırılıb”.

AzÉrbaycan DövlÉt Pedaqoji Universiteti ile ilgili görsel sonucu

Azərbaycan Dövlət Pedaqoji Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri  Mənsur İbrahimov təhlükəsizlik tədbirlərini yüksək səviyyədə həyata keçirdiklərini söylədi: “Bizim ”Esko" Mühafizə Təşkilatı ilə müqaviləmiz var. İkitərəfli müqavilədir. Həmin təşkilat Daxili İşlər Nazirliyindən müvafiq lisenziya alıb. Universitet ciddi mühafizə olunur. Bakıda 4 tədris binamız var. Bu binaların hər biri ciddi mühafizə edilir. Giriş-çıxışa xüsusi nəzarət var. Giriş zamanı tələbələr biletlərini, müəllimlər də iş vəsiqələrini təqdim edirlər. Təhlükəsizliyin təmin edilməsi üçün bütün müvafiq tədbirlər görülüb. “Esko” özəl mühafizə xidməti olsa da, qeydiyyatdan keçib, tanınan bir mühafizə xidmətidir".

Cavanşir ABBASLI

Tarix: 19-10-2018, 09:02
Xəbəri paylaş





Xəbər lenti