Sosial şəbəkədə tanış olduğu ailəli qadını şantaj edənə cəza kəsildi


Qadını şantaj edərək pul alan şəxsə hökm oxunub.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilən Astan Əzizovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən A.Əzizov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Məlumata görə, təqsirləndirilən Astan Əzizov sosial şəbəkədə tanış olduğu qadını sonradan şantaj edib.

Bununla da ailəli olan həmin qadından 4 min dollar pul tələb edib. Daha sonra zərərçəkmiş qadın polisə məlumat verib.

A.Əzizov Cinayət Məcəlləsinin 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədi) maddəsi ilə ittiham edilib.

Tarix: 19-10-2018, 13:48
Xəbəri paylaş





Xəbər lenti