Əmisi gəlinini qaçıran kişinin DƏHŞƏTLİ SONU - Qubadakı olayın ŞOK TƏFƏRRÜATI/FOTO (YENİLƏNDİ)


Əmisi gəlinini qaçıran kişinin DƏHŞƏTLİ SONU - Qubadakı olayın ŞOK TƏFƏRRÜATI/FOTO (YENİLƏNDİ)

Quba rayonunda əmisinin gəlinini qaçırdığı üçün linç edilərək öldürülən şəxslə bağlı bəzi məqamlar üzə çıxıb.

Həyat yoldaşının 25 yaşlı əmisi oğlu ilə qaçan qadın 2 uşaq anası olub və o, övladlarını ataraq evdən çıxıb. E.Ə. ilə əmisinin gəlini A.Ə. kənddən çıxandan sonra birbaşa Bakıya gəlib və 2 gün ərzində paytaxtda qalıblar. Bu müddət ərzində qadının ailə üzvləri, eləcə də atası və qardaşları onu axtarıblar. Həmçinin onun itkin düşməsi ilə bağlı polisə məlumat verilib. Nəhayət, dünən onların qaldığı yer müəyyənləşib və bir qrup şəxs 25 yaşlı oğlanla əmisinin gəlinini tutaraq maşınla Qubanın Tülər kəndinə gətirib. Linç olayı da dünən gecə saatlarında kənddə baş verib.

Bildirilir ki, həyat yoldaşının əmisi oğlu ilə qaçan qadın ərindən boşanmaq istəyirmiş, lakin onların arasındakı nikah pozulmayıb.

Qadının ailəsi Tülər kəndinin yaxınlığındakı Tülər düzü məhəlləsində yaşayır və o, hadisədən sonra atası evinə aparılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

*****


9:29

Quba rayonunda qətl törədilib. Publika.az xəbər verir ki, rayonun Tülər kəndində əmisinin gəlinini qaçıran şəxs qadının qohumları tərəfindən linç edilib. Bu zaman qarşılıqdan istifadə edən şəxslərdən biri onu bıçaqlayaraq öldürüb.

Bildirilir ki, əmisinin gəlinini qaçıran şəxsin görüntüləri sosial mediada yayılıb.

Artıq faktla bağlı cinayət işi açılıb, saxlanılanlar var.

Tarix: 22-10-2018, 14:58
Xəbəri paylaş





Xəbər lenti