Xəstələrə saxta arayış verən həkim cəzalandırıldı


Xəstələrə saxta arayış verən həkim cəzalandırıldı

Onun maaşından 20 faiz dövlət nəfinə tutulacaq.

Nərimanov Rayon Məhkəməsində Psixi Sağlamlıq Mərkəzinin saxta sənəd düzəltməkdə təqsirləndirilən həkimi Hacıağa Mahmudovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Samir Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, H. Mahmudov barəsində 2 il müddətinə islah işləri cəzası təyin edilib. Onun maaşından 20 faiz dövlət nəfinə tutulacaq.

İttihama görə, H. Mahmudov Psixi Sağlamlıq Mərkəzinin həkimi vəzifəsində çalışarkən, xəstələrə sağlamlıq haqqında saxta arayış verib. Ona qarşı Cinayət Məcəlləsinin 309.1 və 313-cü maddələri ilə ittiham irəli sürülüb.
Cebhe.info

Tarix: 25-10-2018, 23:24
Xəbəri paylaş





Xəbər lenti