“Lester Siti”nin sahibinin helikopteri yerə çırpıldı- Fotolar + Video


“Lester Siti”nin sahibinin helikopteri yerə çırpıldı


İngiltərənin “Lester Siti” klubunun tailandlı sahibi Viçai Srivaddhanaprabhanın helikopteri qəzaya uğrayıb.

“Qafqazinfo” “Goal.com”a istinadən xəbər verir ki, dünən axşam “Vest-Hem”lə (1:1) oyundan sonra “King Power “ stadionundan havaya qalxan helikopter stadionun avtomobil dayanacağına düşüb və yanıb.

Faktla bağlı klubun açıqlamasında Viçai Srivaddhanaprabhanın vəziyyəti ilə bağlı məlumat verilməyib:


“Hadisə ilə bağlı Lester polisi və təvili yardım briqadaları kömək göstərir. Dəqiq məlumatlar əldə etdiyimizdə geniş açıqlama veriləcək”.

Qeyd edək ki, Viçai 2010-cu ilin avqustundan “Lester Siti”nin sahibidir. Klub onun rəhbərliyi ilə 2015/2016 mövsümündə İngiltərə çempionu olub.







Tarix: 28-10-2018, 13:43
Xəbəri paylaş





Xəbər lenti