Gənc oğlan özünü Rusiya xüsusi xidmətinin binasında partlatdı

Gənc oğlan özünü Rusiya xüsusi xidmətinin binasında partlatdı

Rusiya Federal Təhlükəsizlik Xidmətinin Arxangelsk vilayət idarəsinin binasına girişdə baş verən partlayışın təfərrüatları məlum olub.

Reyting.az-ın Rusiya mediasına istinadən verdiyi xəbərə görə, partlayışı 18 yaşlı anarxist Valerian Panov təşkil edib.

O, insidentdən bir neçə dəqiqə əvvəl Telegram-kanaldakı “Qiyamçı söhbəti” xəbəri ilə özünü partlatmaq niyyətini bəyan edib.

Bu post kanalda oktyabrın 31-də yerli vaxtla saat 8:45-də yerləşdirilib. Bundan bir neçə dəqiqə sonra xüsusi xidmətin binasında partlayış baş verib.

Panov xəbərində qeyd edir ki, Federal Təhlükəsizlik Xidmətinin ədalətsiz qurum hesab edir. Onun fikrincə, FTX adamlara qarşı qondarma iş hazırlayıb onları döyür.

Panov etiraz əlaməti olaraq özünü partlatmaq qərarına gəldiyini, bu zaman sağ qalmayacağını başa düşdüyünü də qeyd edib.

Qeyd edək ki, partlayış zamanı bir nəfər ölüb, FTX-nın 3 əməkdaşı yaralanıb. 
Tarix: 31-10-2018, 14:00
Xəbəri paylaş





Xəbər lenti