Rus hərbçi erməni qadını zorladı – Gümrü qarışdı



Ermənistanın Gümrü şəhərində rus hərbçi erməni qadına təcavüz edib.

Teleqraf.com xəbər verir ki, zorakılığa məruz qalan qadın şəhər sakini 28 yaşlı sürücü Armavik Paqosyanın nişanlısıdır.

Hadisə bir neçə gün əvvəl baş versə də, bu, barədə mətbuata gec xəbər verilib. Nişanlısına təcavüz edildiyini öyrənən Paqosyan rus hərbçiyə bıçaqla müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

İki cinayət xarakterli hadisənin günahkarı isə Armavik Paqosyan olub. O, həbs edildib. Bundan sonra zorakılığa məruz qalan ailənin üzvləri Şirak Prokurorluğu qarşısında etiraz aksiyasına başlayıb və şəhərin magistral yolunu bağlayıb.

Paqosyanlar Armavikin həbsdən azad edilməsini tələb edirlər. Prokurorluğun qərarını qeyri-qanuni adlandıran erməni ailəsi hüquq mühafizə orqanlarını ruslardan qorxduğunu iddia edir:

“İstintaq aparanlar obyektiv deyillər. Ruslara hansı münasibəti göstərdikləri məlumdur. Qənaətimizə görə, İrəvanda baş tutan inqilab Gümrüyə gəlib çatmayıb. Bu, necə bir filmdir? Uşağımız azad edilməyənədək yolu açmayacağıq”.

Paqosyan ailəsi tələbləri yerinə yetirilməyəsə, etiraz aksiyasınə İrəvanda hökumət binasının qarşısında davam edəcəyini açıqlayıb.

Şahidlər Armavik Paqosyanın toya hazırlaşdığını bildiriblər.

Tarix: 4-11-2018, 22:08
Xəbəri paylaş





Xəbər lenti