SABİQ NAZİR TÜRKİYƏYƏ BURAXILMAYIB! – Əhməd Əhmədov sərhəddən geri qaytarılıb
Naxçıvan Muxtar Respublikasının (NMR) sabiq daxili işlər naziri, general-leytenant Əhməd Əhmədovun bu gün Sədərək gömrük-keçid məntəqəsi vasitəsilə Naxçıvandan Türkiyəyə keçmək cəhdinin qarşısı alınıb.Bu barədə
“AzPolitika.info”ya Naxçıvandakı mənbələrdən məlumat daxil olub.
Sabiq nazir bu gün günün birinci yarısı, saat 11-12 radələrində Türkiyəyə getmək üçün Sədərək gömrük-keçid məntəqəsinə gəlib. Lakin sərhədçilər onun pasportuna möhür vurmaqdan imtina ediblər.
“Yuxarıdan tapşırılıb ki, buraxmayaq”, – sabiq nazirə bildirilib.
Məlumata görə, Ə.Əhmədov Türkiyəyə buraxılmasına nail olmaq üçün bir neçə telefon zəngi etsə də, nəticəsi olmadığından geri qayıdıb.Əhməd Əhmədov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri
Vasif Talıbovun2017-ci il 28 iyul tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri vəzifəsindən azad edilib.
Bundan bir müddət əvvəl o, vəzifəsindən qeyri-rəsmi uzaqlaşdırılmış və barəsində araşdırma aparılmışdı.
Sabiq nazir istintaq altında olmasa da, Naxçıvanı tərk etməsinə qeyri-rəsmi qadağa qoyulub.
Tarix: 10-11-2018, 00:11