Bankın yanında mağaza kirayələyib, bankı soydular


Hindistanda filmləri kölgədə qoyan bir soyğun baş tutub.

“Times of India” qəzeti Mumbai şəhərindəki Bank of Barodanın şöbəsinin 12 metrlik bir tunellə soyulduğunu yazıb. Oğrular bir metr genişliyindəki tuneli açmaq üçün bankın yanındakı dükanı 6 ay öncə kirayələyib. Dükanı kirayələyən kişi bir neçə ay boyunca iş yerini işlədib. Amma daha sonra səhhətindəki problemləri səbəb göstərərək, soyğundan iki ay öncə dükanı dostlarına satdı. Soyğunçular iki ay boyunca gecələr tunel qazdı və çıxan torpağı dükanın qarşısındakı boş əraziyə tökdü.

Həftə sonu bank şöbəsinə gələn oğrular şəxsi kassalardakı 250 min dollari və qızılları götürərək, aradan çıxıb. Soyğun bazar ertəsi günü banka gələn işçilər tərəfindən fərq edilib. Polislər dükanı kirayələyən adamı araşdırırlar.

Tarix: 15-11-2018, 07:32
Xəbəri paylaş





Xəbər lenti