“Armenia” adı ilə gətirilən papaqlar və içkilər saxlanılıb – FOTOLAR


“Armenia” adı ilə gətirilən papaqlar və içkilər saxlanılıb – FOTOLAR

Qərb Ərazi Baş Gömrük İdarəsinin Mazımçay Gömrük postunun müvəqqəti saxlanc anbarında saxlanılan məhsulların içərisində ən çox spirtli içkilər üstünlük təşkil edir.

Cebhe.info oxu.az-a istinadən xəbər verir ki, bu sözləri DGK-nın Texnoloji innovasiyalar və statistika baş idarəsi rəisinin müavini Azər Abbasov deyib. 

Onun sözlərinə görə, anbarda vətəndaşların Nazirlər Kabinetinin 305 saylı qərarına əsasən ay ərzində 30 kq-dan artıq gətirdiyi məhsullar saxlanılıb:

“Bu məhsulların içərisində müxtəlif növ spirtli içkilər, yağlar, enerji içkiləri, maşın yağı, salfetlər və sairə məhsullar üstünlük təşkil edir. Maraqlı məqamlardan biri də odur ki, anbarda həmçinin Ermənistandan gələn turistlərin “Armenia” adı ilə gətirdiyi müxtəlif suvenirlər, papaqlar, içkilər və Ermənistana aid xəritələr saxlanılıb. Ümumilikdə, bu adla saxlanılan əşyaların sayı 100-ə yaxındır”.


 


Tarix: 17-11-2018, 14:26
Xəbəri paylaş





Xəbər lenti