Azərbaycanda “zapravka”da PARTLAYIŞ - Yaralananların adları məlum oldu (YENİLƏNİB)


Tərtər rayonunda yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində yaralanan şəxslərin adları məlum olub.

Siam.az  "Report"a istinadən  xəbər verir ki, bunlar 1966-cı il təvəllüdlü Seymur Rzayev və 1995-ci il təvəllüdlü Əsgər Məmmədovdur.

Yaralıların vəziyyəti ağır olduğundan müayinə və müalicələrinin davam etdirilməsi üçün Bakıdakı xəstəxanalardan birinə göndərilib.

***12:21

Tərtər rayonunda yanacaqdoldurma məntəqəsində partlayış baş verib.

Siam.az  "Report"a istinadən xəbər verir ki, hadisə zamanı iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq rayon mərkəzi xəstəxanasına çatdırılıb. Həkimlər yaralıların vəziyyətini orta-ağır kimi qiymətləndirirlər.

Faktla bağlı araşdırma aparılır.
Tarix: 29-11-2018, 14:55
Xəbəri paylaş





Xəbər lenti