FHN Tərtərdəki partlayışla bağlı açıqlama yaydı


FHN Tərtərdə yanacaqdoldurma məntəqəsində baş vermiş partlayışla bağlı məlumat yayıb.

Virtualaz.org FHN-in saytına istinadən bildirir ki, məlumatda deyilir: “Tərtər rayonunun Qaradağlı kəndində PAT OİL yanacaqdoldurma məntəqəsinin ərazisində yanacaqdaşıyan avtomobildən tutumu 60 ton olan yeraltı yanacaq çəninə benzin yanacağı doldurularkən çənin üst qapağında partlayış nəticəsində alışma baş verib.

Nəticədə çənin üst hissəsi, üzərində quraşdırılmış, ümumi sahəsi 120 m² olan talvar və 15 p.m elektrik kabeli yanıb. Hadisə zamanı yanacaqdoldurma məntəqəsində işləyən 5 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Yanacaqdoldurma məntəqəsinin ərazisində olan yanacaqla dolu yeraltı çənlər və digər avadanlıqlar yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən qısa müddət ərzində söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır”.

* * *

Tərtər rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, yaralılar - 1966-cı il təvəllüdlü Rzayev Seymur Əli oğlu və 1995-ci təvəllüdlü Məmmədli Əsgər Səlim oğlunun vəziyyətləri ağırdır.

Həmçinin qeyd olunur ki, hazırda baş həkim başda olmaqla xəstəxananın həkim heyəti xəsarət alanların yanındadırlar. (Trend)

* * *

Tərtər rayonunda yanacaqdoldurma məntəqəsində partlayış baş verib.

Hadisə zamanı iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq rayon mərkəzi xəstəxanasına çatdırılıb. Həkimlər yaralıların vəziyyətini orta-ağır kimi qiymətləndirirlər.

Faktla bağlı araşdırma aparılır. (Report)

Tarix: 29-11-2018, 19:59
Xəbəri paylaş





Xəbər lenti