Məşhur avtoritet "Şeyx Həmzət"ə sui-qəsd: 1 nəfər öldü

 Almaniyada çeçen mənşəli məşhur kriminal avtoritet, "Şeyx Həmzət" ləqəbi ilə tanınan Həmzət Qastəmirova qarşı sui-qəsd edilib.
Siam.az yenicag.az-a istinadən xəbər verir ki, Berlinin Kudamm (Kurfürstendamm) rayonunda baş verən hadisə zamanı bir nəfər ölüb, 1 nəfər isə yaralanıb.
Təcili tibbi yardım maşınları və polis hadisə yerinə cəlb edilib.
Soydaşlarımızın verdiyi məlumatda bildirilir ki, "Şeyx Həmzət" sui-qəsddən sağ qurtula bilib.                                                Sui-qəsdi həyata keçirənlərin kimliyi məlum deyil. Hadisənin təfərrüatlarını dəqiqləşdirməyə çalışırıq.
Qeyd edək ki, Həmzət Qastəmirov 2016-cı ildə Türkiyənin İstanbul şəhərində qətlə yetirilən azərbaycanlı "qanuni oğru" Rövşən Lənkəranskinin mənəvi qardaşı və varisi hesab olunur.
Siam.az
Tarix: 2-12-2018, 09:40
Xəbəri paylaş





Xəbər lenti