Tbilisidə xüsusi əməliyyat – 7 Ukrayna vətəndaşı saxlanıldı


Tbilisidə xüsusi əməliyyat – 7 Ukrayna vətəndaşı saxlanıldı

Gürcüstanın paytaxtı Tbilisi şəhərində xüsusi əməliyyat zamanı 7 Ukrayna vətəndaşı saxlanılıb.

Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Ukrayna vətəndaşları odlu silah və partlayıcı maddələrin qanunsuz əldə olunması və saxlanılmasında şübhəli bilinirlər.

Faktla bağlı istintaq aparılır. Hadisə barədə ətraflı məlumat verilmir.

Saxlanılan şəxslərdən hansı silahların müsadirə olunduğu məlum deyil.

Tarix: 2-12-2018, 16:28
Xəbəri paylaş





Xəbər lenti