Azərbaycanda mikroavtobus qəzaya uğradı - XEYLİ YARALI VAR


Azərbaycanda mikroavtobus qəzaya uğradı - XEYLİ YARALI VARSalyan rayonunda sərnişin mikroavtobusu qəzaya düşüb 5 nəfər xəsarət alıb.
Hadisə bu gün günorta saatlarında Salyan-Şirvan avtomobil yolunun rayonun Qaraçala qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, sərnişindaşıyan mikroavtobusla "Mersedes” markalı minik avtomobilinin toqquşması nəticəsində Salyan rayon sakinləri, 1969-cu il təvəllüdlü Hüsynova Məhəbbət Sabir qızı, 1964-cü il təvəllüdlü Səlimova İlhamə Qəhrəman qızı, 1959-cu il təvəllüdlü İbrahimova Səmayə Qulam qızı, 1991-ci il təvəllüdlü İbrahimova Yeganə Cahanşah qızı və 1968-ci il təvəllüdlü Zülfüqarov Mənsur İntiqam oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.(Report)


Tarix: 5-12-2018, 00:32
Xəbəri paylaş





Xəbər lenti