Bərdə sakini həmyerlisi tərəfindən bıçaqlanıb

Bərdə sakini həmyerlisi tərəfindən bıçaqlanıb
Bərdə rayonunda bıçaqlanma hadisəsi olub.

"Report"un Qarabağ bürosunun məlumatına görə, rayonun Qarabağ qəsəbəsində yerli sakin Teymurov Ruslan İlyas oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.

Yaralı ətrafda olan insanların köməkliyi ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlər yaralının vəziyyətini orta-ağır qiymətləndirir.

Hadisəni törədən şəxsin müəyyən edilməsi istiqamətində rayon Polis şöbəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
 
Tarix: 13-12-2018, 08:33
Xəbəri paylaş





Xəbər lenti