Bərdə sakini tanımadığı şəxs tərəfindən ürəyindən bıçaqlandı


Bərdənin 34 yaşlı sakini naməlum şəraitdə bıçaqlanıb.

Trend-in məlumatına görə, hadisə rayonun İstisu adlanan ərazisində baş verib.

Rayonun Soğanverdilər kənd sakini, 1984-cü il təvəllüdlü Teymurov Ruslan İlyas oğlu naməlum şəxslə mübahisə nəticəsində sol döş qəfəsindən bıçaqlanıb.

Yaralı təcili Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq əməliyyat olunub.

Faktla bağlı cinayət işi başlanıb, hadisəni törədən şəxsin kimliyi müəyyənləşdirilir.

Tarix: 14-12-2018, 07:26
Xəbəri paylaş





Xəbər lenti