Bakıda qəza törədib qaçan vəkili polis yaxaladı

 Qəza törədib hadisə yerindən qaçan vəkili polis saxlayıb.
Vəkillər Kollegiyasının üzvü Hüseynova Zoya Kərəm qızı avtomobil qəzası törədib.
Milli.Az "Qaynarinfo"ya istinadən bildirir ki, hadisə dünən saat 18.50 radələrində Sumqayıt şəhəri, Azadlıq prospektində baş verib.
Şahidlərin sözlərinə görə, xanım vəkil "Kia Cerato" markalı avtomobillə "Kia Rio" markalı maşını vurub. Ziya Hüseynova hadisə yerindən qaçmağa cəhd etsə də, DYP əməkdaşları tərəfindən saxlanılıb.
Tarix: 23-12-2018, 21:41
Xəbəri paylaş





Xəbər lenti