Bərdədə 686 kq yararsız at əti aşkarlanıb


Bərdədə 686 kq yararsız at əti aşkarlanıb

Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, insan sağlamlığına ciddi zərər vuran, istifadəyə yararsız yeyinti məhsullarının satışının qarşısının alınması istiqamətində polis orqanlarının aidiyyəti qurumlarla birgə tədbirləri davam etdirilir.

DİN Mətbuat Xidmətindən Cebhe.info-ya verilən məlumata görə, növbəti belə tədbir dekabrın 22-də DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan Karantin tədbirlərini təmin edən Əlahiddə Polis Taboru əməkdaşlarının Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri ilə birgə Bərdə şəhəri ərazisində keçirilib.

S.Novruzovanın Cavanşir küçəsindəki həyətyanı sahəsindən mənşəyi məlum olmayan və natəmiz vəziyyətdə saxlanılan, çəkisi 686 kiloqram olan at əti aşkar edilib.
Ətdən götürülmüş nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına təhvil verilib.

Tarix: 24-12-2018, 13:17
Xəbəri paylaş





Xəbər lenti