Gürcüstanda azərbaycanlılara məxsus qəbirstanlıqda atışma - Yaralananlar var



Gürcüstanın Rustavi şəhərində azərbaycanlılara məxsus qəbirstanlıq ərazisində atışma olub.

Siam.az-ın "Report”a istinadən verdiyi xəbərə görə, atışma nəticəsində 19, 20 və 24 yaşlarında olan üç gənc yaralanıb.

Onlardan biri qarın, digər ikisi isə ayaq nahiyələrindən güllə yarası alıblar.

Gənclərin qohumları bildiriblər ki, atışmaya naməlum şəxslərin qəbirstanlıqda narkotik vasitələr satması səbəb olub.

Azərbaycanlıların sıx yaşadığı Qaçiani kəndinin sakinləri artıq bir neçə gündür, naməlum şəxslərin qəbirstanlıqda narkotik satmasına etiraz edirlər. Onların etirazı naməlum şəxslərlə mübahisəyə, daha sonra isə qarşıdurmaya səbəb olub.

Yaralılar Rustavi Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onların vəziyyəti sabit qiymətləndirilir.
Tarix: 25-12-2018, 07:09
Xəbəri paylaş





Xəbər lenti