Gəlin-baldız davası Bakı metrosunda intihara cəhdlə yekunlaşdı


Gəlin-baldız davası Bakı metrosunda intihara cəhdlə yekunlaşdı

Polis əməkdaşları Bakı metropolitenində intihara cəhdin qarşısını son anda alıblar. Qatarın gəlməsinə az qalmış qohumu ilə mübahisə edən qız öz həyatını təhlükəyə atan zaman xilas edilib.
Siam.az  Sputnik Azərbaycan-a istinadən bildirir ki, dekabrın 24-də saat 10:00 radələrində metronun "Koroğlu" stansiyasında Bakı şəhərinin 27 yaşlı sakini Q.Ş. intihara cəhd edib. Polislər anında hadisə yerinə çataraq ona bu addımı atmağa mane olublar. Qızla söhbət zamanı məlum olub ki, onu bu addımı atmağa qardaşının həyat yoldaşı vadar edib. Gəlin baldızını ağır sözlərlə təhqir edib və buna dözməyən qız özünü qatarın altına atmaqla öldürmək qərarına gəlib.

Hazırda faktla bağlı araşdırma aparılır.
Tarix: 26-12-2018, 08:51
Xəbəri paylaş





Xəbər lenti