Bərdədə EVDƏ PARTLAYIŞ: xəsarət alanlar var

 Bərdə rayonunda evdə partlayış olub.
Siam.az  Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun "İnstitut meşəsi" adlanan ərazisində qeydə alınıb.
Həmin ərazidə rayon sakini Allahverdiyeva Hədiyyə Ədil qızına məxsus evdə qaz sobasının partlaması nəticəsində yanğın baş verib.
Hadisə nəticəsində evdə olan 2 nəfər - Vəliyev Elvin Azər oğlu və Hacıyev Elmin Nazim oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib
Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.
Tarix: 26-12-2018, 10:01
Xəbəri paylaş





Xəbər lenti