Azərbaycanlı qadınları fahişəliyə cəlb edən türkiyəli kişinin – Şok əməlləri


bitmap-img6




Azərbaycanda insan alverində ittiham olunan Türkiyə vətəndaşı Tavukçu Gökhan İbrahimin barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

Teleqraf.com xəbər verir ki, Nərimanov rayon Məhkəməsində hakim Vüsal Qurbanovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.

Qərara görə, Tavukçu Gökhan İbrahimin barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

İstintaq orqanı tərəfindən Tavukçu Gökhan İbrahimin barəsində Cinayət Məcəlləsinin 144-1.2.2-ci (insan alveri təkrar törətmək), 144-1.2.1-ci (i ki və ya daha çox şəxs barəsində insan alveri törətmək), 144-1.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən insan alveri törətmək) və 144-1.2.4-1-ci (insan alveri qurbanını Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə insan alveri törətmək) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə istintaq Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində aparılır.

O, bir qrup şəxslə cinayət əlaqəsinə girərək, Azərbaycan vətəndaşı olan qadınları Türkiyəyə apararaq orada cinsi istismara məruz qoymaqda təqsirli bilinir.

Tarix: 27-12-2018, 14:42
Xəbəri paylaş





Xəbər lenti