Oyun salonlarından oğurluq edənlər saxlanıldı - FOTO


Oyun salonlarından oğurluq edənlər saxlanıldı - FOTO

Abşeron rayonunda oğurluq hadisəsi baş verib.

“Report”un məlumatına görə, Masazır kəndində Azad İmanova məxsus “Playstation” oyun zalından oğurluq edən 20 yaşlı Kamran Mustafayev, 22 yaşlı Hüseyn Quluzadə, 23 yaşlı Ümid Babayev və 19 yaşlı Eldar Mehdiyev saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, dəstə üzvləri oyun zalından 2 min manat dəyərində 8 ədəd “Playstation 3” aparatı, 2250 manat dəyərində 5 ədəd televizor, 1300 manat dəyərində 1 ədəd kompüter, 450 manat dəyərində 1 ədəd videokamera yaddaşı və 700 manat dəyərində 30 ədəd pultoğurlayıblar. Polis əməkdaşları hadisə baş verən günün səhəri dəstə üzvlərini ifşa edərək saxlayıb.

Saxlanılan şəxslər ilkin ifadələrində eyni cinayəti, Biləcəri və Həzi Aslanov qəsəbələrində də törətdiklərini etiraf ediblər.

Faktla bağlı araşdırma aparılır.

Tarix: 29-12-2018, 06:29
Xəbəri paylaş





Xəbər lenti