SON DƏQİQƏ: Türkiyə kəşfiyyatı Azərbaycanda ƏMƏLİYYAT KEÇİRDİ


SON DƏQİQƏ: Türkiyə kəşfiyyatı Azərbaycanda ƏMƏLİYYAT KEÇİRDİ

Türkiyənin Milli İstihbarat Təşkilatı (MİT) Fətullahçı Terror Təşkilatına (FETÖ) qarşı Azərbaycanda xüsusi əməliyyat keçirib.

Publika.az “Hürriyyət” nəşrinə istinadən xəbər verir ki, əməliyyatın gedişatında FETÖ üzvü olan müəllim saxlanılıb.

İyulun 15-də hərbi çevrilişə cəhddən sonra Azərbaycanda fəaliyyəti dayandırılan FETÖ məktəbində müəllim işləyən Mehmet Geler saxta pasportla Belarusa getmək istəyərkən tutulub. O, lazımı hüquqi prosedurlardan sonra Azərbaycana verilib. MİT uğurlu əməliyyatla FETÖ-cü müəllimi ələ keçirib.

Mehmet Gelen MİT tərəfindən Türkiyəyə aparılıb.

Ömər

Tarix: 29-12-2018, 14:52
Xəbəri paylaş





Xəbər lenti