Bakıda vicdansızlıq: xəstə uşağa yığılan pul oğurlandı

  Leykozdan əziyyət çəkən azyaşlı qız üçün yığılan pulu oğurlayıblar.
Bu barədə uşağın həkimi, pediatr Günay Rəsulova sosial şəbəkədə paylaşım edib.
Onun sözlərinə görə, bir nəfər Moskvadan zəng edərək 3 yaşlı Dadaşova Aylin Rəşad qızının müalicə xərclərini qarşılayacağını bildirib. O, bunun üçün Aylinin yaxınlarından bank hesabını, kart nömrəsini soruşub. Bir müddət sonra məlum olub ki, özünü “hacı” kimi təqdim edən şəxs kartda olan pulları mənimsəyib.
Günay Rəsulovanın sözlərinə görə, kartda 5000 manata yaxın pul olub.
Qeyd edək ki, Aylinin atası 2018-ci ilin avqustunda çalışdığı tikintidə yıxılaraq vəfat edib.
Tarix: 3-01-2019, 22:45
Xəbəri paylaş





Xəbər lenti