Tovuzda bayram günlərində silsilə oğurluqlar qeydə alınıb
ARB TV xəbər verir ki, naməlum şəxslər evlərə qanunsuz daxil olaraq vətəndaşlara maddi ziyan vurublar.
Yazgül İsmayılova - zərəçəkən: “Dörd tərəfimdə oğurluq olunub. Hələ də tapılmayıb, heç kim kömək etmir. Oğrunu tapıb cəza verilməlidi. Kimdir bu oğurluğu edən?”
Bayram günlərində qohum-qonşularına qonaq gedən Tovuz sakinləri geri qayıtdıqda evlərinin qarət olunduğunu görüblər. Belə hallara daha çox rayon mərkəzində rast gəlinib. Çağırılmamış qonaqlar şəhərin Nəriman Nərimanov küçəsində 3 evdən oğurluq ediblər.
Gecə saatlarında həyətlərə və evlərə girən “qəhrəmanlar” müxtəlif məbləğlərdə pul, toyuq, cücə, hind quşu aparıblar.
Yazgül İsmayılova - zərəçəkən: “5 dənə canavar kimi itim vardı. Dərman verib onları öldürüb, evimi oğurladılar. Evimin qapısını sındırıb giriblər, 150 cücəmi aparıblar. Polisə müraciət etdim ki, mənim işimə düzgün baxılsın”.
Zərərçəkən: “Qapı qıfıllı idi, dəmir salıb burublar. Qıfılı əyib, qapını açıb qıfılı yerə atıblar. Buradan çıxanda gözümlə gördüm”.
Baş verən hadisələrlə bağlı Tovuz rayon polis şöbəsinə məlumat verilib.
Araşdırma aparılır.