Bakıda güclü külək məlumat lövhəsini aşırdı


 
Paytaxtda əsən güclü külək nəticəsində Bakı Dairəvi 1-ci avtomobil yolunda, Yeni Yaşayış massivinə gedən yolun kəsişməsində yerləşən 10 metr hündürlüyə malik T tipli məlumatverici lövhə aşıb.Siam.az-ın Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən məlumatına görə, aşan lövhə Yeni Yaşayış massivinə gedən yolda, həmçinin Bakı Dairəvi 1-ci avtomobil yolunda avtonəqliyyat vasitələrinin hərəkatına maneə yaradıb.
 
Dərhal əraziyə AYYDA-nın cəlb olunaraq aşan dirəyi aradan qaldıraraq avtonəqliyyat vasitələrinin maneəsiz hərəkətini təmin ediblər.
Tarix: 5-01-2019, 07:26
Xəbəri paylaş





Xəbər lenti