"Başı belə kəsərlər", deyib dostunun boğazını üzdü - DƏHŞƏTLİ QƏTL - FOTO


"Başı belə kəsərlər", deyib dostunun boğazını üzdü - DƏHŞƏTLİ QƏTL - FOTO

Şimali Kipr Türk Cümhuriyyətində dəhşətli cinayət hadisəsi qeydə alınıb.

Publika.az xəbər verir ki, Həsən Polad Səbətçioğlunun Fevzi adlı dostu ilə arasında parkda mübahisə düşüb.

Mübahisə nəticəsində Fevzi birlikdə spirtli içki qəbul etdiyi dostunun başını kəsib. Hadisəni məhkəməyə olay zamanı orada olan Alpaslan Quşçu danışıb. O, bildirib ki, həddən artıq spirtli içki qəbul edib sərxoş olan Fevzi birdən ona “Bax gör baş necə kəsilir” deyib və dostunun başını bıçaqla kəsib. Daha sonra bıçağı mərhumun belinə saplayıb.

Cinayətkarın barəsində ömürlük həbs cəzası tələb edilib.

 

Tarix: 6-01-2019, 20:06
Xəbəri paylaş





Xəbər lenti