SON DƏQİQƏ - İçərisində azərbaycanlıların da olduğu gəmi batdı (FOTO)


SON DƏQİQƏ - İçərisində azərbaycanlıların da olduğu gəmi batdı

Türkiyənin Samsun vilayətinin sahillərində yük gəmisi batıb.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, gəmidə 9-u Ukrayna, 2 si Azərbaycan və 2-si Rusiya vətəndaşı olmaqla 13 nəfər ekipaj üzvü olub.

Altı nəfər əməliyyatla xilas edilib. İki nəfərin isə sudan cəsədi çıxarılıb. Hazırda 1 təyyarə, 4 helikopter, 1 axtarış-xilasetmə gəmisi və 2 sahil təhlükəsizlik kateri axtarış və xilasetmə əməliyyatına davam edir.   


Tarix: 7-01-2019, 15:08
Xəbəri paylaş





Xəbər lenti