YPX avtomobilinin qapısını belə əzdilər
Bakıda Masazır qəsəbəsinin girişində qəza baş verib. Modern.az avtosfer.az-a istinadən xəbər verir ki, qəsəbənin girişində “90 KB 841” dövlət nömrə nişanlı avtomobil “99 YP 177” nömrəli Yol Patrul Xidməti avtomobilinin qapısını əzir. Avtomobil hərəkətdə olarkən yolun kənarında dayanan YPX avtomobilindən düşmək istəyən inspektor qapını açır. Bu zaman hərəkətdə olan maşın avtomobilin qapısına çırpılır. Bütün bu görüntülər motosiklet sürən baykerin kaskasındakı kameraya düşüb.

CAHAN.İNFO sözügedən görüntüləri təqdim edir:



Oxunub: 23