Babək prospektində yol niyə çökdü? - Anar Nəcəfli açıqlama verdi - VİDEO


bitmap-img6




Babək prospekti istiqamətində asfalt örtüyü çöküb.

Musavat.com xəbər verir ki, yolun bir hissəsi bağlanıb və nəqliyyat vasitələrinin istiqaməti dəyişdirilib. Hazırda ərazidə bərpa işləri davam etdirilir.

Yolun çökməsi ilə bağlı qurumun mətbuat katibi Anar Nəcəfli özünün feysbuk səhifəsində video paylaşaraq, məsələyə aydınlıq gətirib: “Babək prospektində asfalt-beton örtüyündə müəyyən deformasiyalar yaranmışdı. Əməkdaşlarımız tərəfindən əraziyə baxış keçirilib. Məlum olub ki, bu yol 80-ci illərdə salınıb. Həmin illərdə bu hissə neft tullantıları ərazisi olub. Məhz deformasiyanın əmələ gəlməsinin səbəbi həmin tullantı ərazisi üzərindən Babək prospektinin salınmasıdır. Hazırda əməkdaşlarımız tərəfindən bərpa işləri aparılır. Yəni hər hansı çökmə hadisəsi baş verməyib. Yolda müəyyən hissədə deformasiya yaranıb. Bu deformasiyalar təkcə yolda deyil, səki hissələrdə də qeydə alınıb. Sadəcə, yolun 5-6 metrlik ərazisi bu cürdür. Ciddi bir problem yoxdur. Təqribən 1 saat ərazində işlər yekunlaşacaq. Hazırda yolun deformasiya hissəsi qaşınaraq çıxarılır. Bundan sonra yeni asfalt-beton örtüyü salınacaq. Bu gün saat 17:00-a kimi əməkdaşlarımız bütün işləri bitirib, yolu sürücülərin istifadəsinə verəcək”.




Tarix: 21-01-2019, 21:35
Xəbəri paylaş





Xəbər lenti