Kəlbəcərdə ölən ermənilər Qarabağda tikintidə işləməyə gəlirmişlər - FOTO


Yanvarın 20-də gecəə saat 22 radələrində işğal altında olan Kəlbəcər yolunda baş vermiş avtomobil qəzasının təfərrüatları açıqlanıb. Musavat.com erməni mediasına istinadən xəbər verir ki, hadisə nəticəsində 3 nəfər ölüb, bir nəfər ağır yaralıdır. Hadisə Kəlbəcərdən Tsar kəndinə gedən yolda baş verib. "Niva" markalı avtomobilin Kəlbəcərin 12 km-liyində uçuruma yuvarlanması nəticəsində sərnişinlər A.İ, E.A və sürücü O.Q. qəza yerindəcə keçiniblər. A.T adlı şəxs isə ağır yaralanıb. O, tibb mərkəzinə yerləşdirilib, vəziyyəti orta ağırdır.

Ölənlərin hər üçü Ermənistanın Vatnodzor vilayətinin Vernaşen kəndinin sakinləridir. Yanvarın 21-də Qladzor kəndinin icra nümayəndəsi Armen Movsisyan bununla bağlı açıqlamasında deyib ki, sürücü və sərnişinlər dost olub. Onlar tikinti işi ilə məşğul olurmuşlar. Ermənistanda fəlakətli durumda yaşayan ermənilər işğal altındakı Azərbaycan torpaqlarına da qanunsuz olaraq aparılan tikinti işlərində çalışmağa gedirmişlər. Movsisyan onu da deyib ki, hadisəyə sürücünün səhhətinin qəfil pisləşməsi və idarəetməni itirməsi səbəb olub. Nəticədə “Niva” yoldan çıxıb və dərəyə yuvarlanıb.

default.jpg (23 KB)


Tarix: 22-01-2019, 07:55
Xəbəri paylaş





Xəbər lenti