Fazil Məmmədovun ölümü barədə məlumat təsdiqlənmədi -vəfat edən polkovnik Şükür Mehdiyevdir


Sabiq vergilər naziri Fazil Məmmədovun vəfat etməsi məlumatı doğru deyil. Bu barədə Musavat.com-a xəbər onun qohumlarından daxil olub. 

Bildirilir ki, bu çaşqınlığa səbəb başqa bir vəzifəli şəxsin vəfat etməsidir. Belə ki, Gəncə Beynəlxalq Xəstəxanasında dünyasını dəyişən polkovnik Şükür Mehdiyevdir. Onun vəfat etməsi xəbəri xəstəxanada təlaş yaradıb və kənar müşahidəçilər həmin xəstəxanada müalicə alan Fazil Məməddovun vəfat etdiyini düşünüblər. Beləcə, xəbər ildırım sürətilə sosial şəbəkələrdə yayılıb.

"Yeni Müsavat" media qrupunun kollektivi sabiq nazirə uzun ömür, cansağlığı arzulayır. Necə deyərlər, Allah gecindən versin.

 

Təəsüf ki, bu xəbəri bir çox saytlarla yanaşı, musavat.com da yaydı. Çünki sosial şəbəkələrdə, virtual məkanda o qədər çox yayıldı və dəqiqələrlə təkzibsiz qaldı ki, bizim saytımız da qısa tərəddüddən sonra bu xəbəri yaymaq məcburiyyətində qaldı. Birinci olmasaq da, istənilən halda müxbirimizin və redaktorların günahı ucbatından yanlış məlumatı yaydığımıza görə oxuculardan və Fazil Məmmədovun yaxınlarından üzr istəyirik. 


Tarix: 9-02-2019, 16:38
Xəbəri paylaş





Xəbər lenti