Sosial şəbəkədə vətəndaşların pulunu mənimsəyən işbazlar peyda oldu - FOTO

 Sosial şəbəkədə vətəndaşları aldadan işbazlar peyda olub.

Moderator.az xəbər verir ki, “Odnaklassniki.ru” sosial şəbəkəsində peyda olan şəxs və ya şəxslər insanların adından saxta profil açacaraq həmin insanın dostluğunda olan şəxslərdən pul tələb edirlər. İstifadəçilərə mesaj yazan işbazlar guya xaricdə olduqlarını, yaxınlıqda terminal olmadığı üçün hesablarına pul yükləyə bilmədiklərini bəhanə gətirərək təqdim etdikləri “ok [email protected]” hesabına terminal vasitəsi ilə pul yükləməyi xahiş edir.

Redaksiyamıza şikayət edən vətəndaş bildirir ki, İranda müalicə olunan yaxının adına saxta profil açılaraq ondan göstərilən hesaba pul köçürməsini xahiş ediblər. O, da adamın qohumu olduğuna inanıb hesaba 40 manat pul köçürüb. Əslində işbazlar 150 manat istəyib, amma vətəndaşın cibində cəmi 40 manat olduğu üçün onu ödəyib. Sonradan isə işbazlar onu sosial şəbəkədə qara siyasıha salıblar. 

Əməkdaşımız həmin kəsin izinə düşüb və məlum olub ki, ötən dəfə Samir Bayramovun adına saxta profil açan şəxs, bu dəfə Rövşən Piriyev adlı Rusiyada yaşayan vətəndaşın adına saxta profil açıb. Məsələylə bağlı Samir Bayramov saytımıza bildirib ki, İrandan müalicədən qayıtdıqdan sonra polisə müraciət edəcək. Aldanan şikayətçi də sabah polisə şikayət edəcəyini deyib.

 

Tarix: 11-02-2019, 09:46
Xəbəri paylaş





Xəbər lenti