"Azərsu"nun işçisinə hökm oxundu- tenderlərə görə pul alıb


Külli miqdarda dələduzluqda təqsirləndirilən məmur hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər veeie ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən "Azərsu" ASC-nin əməkdaşı Elgün İmranlının cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, R.İmranlı 9 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, E.İmranlı etibardan sui-istifadə edərək onlara qarşı ümumilikdə 206 min manatlıq dələduzluq edib.

O, keçirilən tenderlərdə Rauf İbrahimov, Həsən İbrahimov, Əbülfəz İbrahimov və Elçin Məmmədovu qalib elan edəcəyini vəd edib.

Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) maddəsi ilə ittiham edilən E.İmranlı vədinə əməl etməyib və həmin şəxsləri aldadıb.

Tarix: 19-02-2019, 17:07
Xəbəri paylaş





Xəbər lenti