Müxalifətçi 30 sutka müddətinə həbs edildi


Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Rövşən Quliyev inzibati qaydada 30 gün müddətinə həbs edilib.

Bu barədə Turan həbs edilən şəxsin doğmalarına istinadən xəbər yayıb.

Məlumata görə, R.Quliyev fevralın 18-də saxlanılıb. Onun evində axtarış aparılıb, kompüteri müsadirə edilib.

Hələlik Quliyevin konkret olaraq nədə ittiham olunduğu məlum deyil.

Tarix: 19-02-2019, 21:33
Xəbəri paylaş





Xəbər lenti