Novxanıda idarə rəisi ağır qəzaya düşdü: ağır yaralandı


bitmap-img6




Abşeron rayon Gənclər və İdman İdarəsinin rəisi yol qəzasında ağır yaralanıb

“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə Novxanı qəsəbəsində baş verib.

Belə ki, Abşeron rayon Gənclər və İdman İdarəsinin rəisi Əsgər Əmirəliyev idarə etdiyi xidməti avtomobili ilə hərəkətdə olan zamanı idarəetməni ititib və avtomobil beton maneəyə çırpılıb.

Qəza zamanı Ə.Əmirəliyev ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Tarix: 27-02-2019, 14:01
Xəbəri paylaş





Xəbər lenti