Bərdədə mal bazarında "QAPIÇINI" QANINA QƏLTAN ETDİLƏR

      
 Bərdə rayonunda Mal bazarı deyilən yerdə dava baş verib.                                                                                          Hadisə zamanı Ağdam rayon sakini Vüsal İsmayılov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı ətrafda olan insanların köməyi ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Vəziyyəti ağır olduğundan daha sonra o, Gəncə şəhərində yerləşən özəl xəstəxanalardan birinə göndərilib. Hadisənin şahidlərinin dediyinə görə Vüsalı vuranlar Vüsalı başqa pullu mal alverçisi ilə dəyişik salaraq ağır metalla vurub. paltosunu aparıblar. Hadisə gecə qaranlıqda baş verdiyindən vuranların kimliyi bilinmir.
Faktla bağlı araşdırma aparılır.
Siam.az
Tarix: 1-03-2019, 23:15
Xəbəri paylaş





Xəbər lenti