Oqtay Əsəsdovun xanımının avtomobili yolda təhlükəli qəza vəziyyəti yaratdı — VİDEO


Oqtay Əsəsdovun xanımının avtomobili yolda təhlükəli qəza vəziyyəti yaratdı — VİDEO
Milli Məclisin adına qeydiyyatda olan 10-AA-401 dövlət nömrə nişanlı "BMW" markalı avtomobil yol hərəkəti qaydalarını kobud şəkildə pozub.

Demokrat.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.

Videogörüntülərdən aydın olur ki, sözügedən avtomobil Balaxanı-Mehdiabad-Binəqədi yolunun kəsişməsində quraşdırılan işıqforun qırmızı işığında hərəkət edərək təhlükəli qəza vəziyyəti yaradıb. Bu zaman "BMW"nin sürücüsü əks tərəfdən hərəkətinə icazə verilən avtomobillərə təhlükə yaradıb.

Sözügedən 10-AA-401 dövlət nömrə nişanlı "BMW" markalı avtomobil Milli Məclisin sədri Oqtay Əsədovun həyat yoldaşı Zemfira Əsədovanın xidməti maşını olduğu deyilir.

Sözügedən anı əks etdirən görüntülərini təqdim edirik.



Tarix: 7-03-2019, 22:55
Xəbəri paylaş





Xəbər lenti