Azərbaycanda daha bir ana doğuşdan sonra öldü

 


Şəmkirdə ana ölümü baş verib. “Qafqazinfo”nun xəbərinə görə, rayonun Qaracəmirli kənd sakini, 1984-cü il təvəllüdlü İbrahimova Nuridə Nəsib qızı övladını dünyaya gətirdikdən sonra dünyasını dəyişib.

Məlumata görə, bu, qadının üçüncü doğuşu olub. Onun hansı səbəbdən vəfat etdiyi hələ ki, məlum deyil.

Mərhumun meyiti Samux rayon Qarayeri kəndinə gətirilib. 


Faktla bağlı araşdırma aparılır.

Tarix: 11-03-2019, 20:20
Xəbəri paylaş





Xəbər lenti