"Bıçaq arxadan girib və göbəyə qədər gəlib çatıb"- namus cinayətinin ilginc təfərrüatı


Bacanağını namus üstündə öldürənin məhkəməsi- aravdı və qızı da qətldə ittiham edilir

Bacanağını öldürən şəxs hakim qarşısına çıxarılıb. O, əməlindən peşman olmadığını, hadisəni namus üstündə törətdiyini deyib.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Şahin Qasımovun cinayət işi üzrə məhkəmə istintaqı davam etdirilib.

Hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən məhkəmə iclasında mərhumun qardaşı, hüquqi varisi Musa Abbasov məhkəmədə çıxış edib.Əvvəlcə qeyd edək ki, ittihamda göstərilir ki, Şahin Qasımov öz evində bacanağı Müşfiq Abbasovu qətlə yetirib. Qətlə səbəb tərəflər arasında başlayan mübahisə olub. Qasımov qızına sataşdığını iddia edərək Abbasovu qətlə yetirib.
Elan olunmuş ittihamla Şahin Qasımov özünü təqsirli bilib və əməlindən peşman olmadığını söyləyib.
Sərbəst ifadə verən Qasımov bacanağını namus üstündə öldürdüyünü söyləyib.
Söyləyib ki, qızım ailə həyatı qursa da, sonradan boşanıb və onunla birgə yaşayıb.
"Bacanağım Müşviq Abbasov bizə gəlmişdi. Birlikdə yeyib-içəndən sonra qızıma sataşdı. Hətta arvadıma da söz deyirdi. Buna görə onu vurmuşam. Əməlimdən peşman deyiləm. Müşviqin bu binamus hərəkətlərindən xəbərsiz idim. Müşviq qızıma pulla cinsi əlaqəyə girməyi də təklif edib. Yaxşı ki, elə qeyrətsiz adamı öldürmüşəm"- deyə təqsirləndirilən şəxs bildirib.
Amma mərhumun qardaşı Musa Abbasov bununla razı deyil.
Sonuncu məhkəmə iclasında çıxış edən Musa Abbasov deyib ki, qardaşını öldürən şəxs Şahin Qasımov deyil və əsl həqiqət gizlədilir.
Mərhumun qardaşı bir neçə məqamı məhkəmənin diqqətinə çatdırıb:
"Şahin istintaqda deyib ki, Müşfiqə bıçağı sol tərəfdən vurub. Amma bıçaq arxadan girib və göbək nahiyyəsinə qədər gəlib çatıb".
"Cinayət hadisəsi Şahinin göstərdiyi yerdə baş verməyib. Əgər orada olubsa, foto çəkərdilər. Şahinin göstərdiyi yerdən 2 kilometr aralıda hadisə baş verib. Bıçaq arxa kürəkdən göbəyə qədər gəlib və qardaşım həmin iki kilometri gələ bilməzdi. Çünki qan itirmədən ölərdi. Bıçaq zərbəsi bağırsaqlarını belə dağıdıb. Qeyd edim ki, Müşfiqin bir dəfə ayağı kəsilmişdi. Həkimə çatdırana qədər 700 qram qan itirmişdi. İndi həmin zərbədən sonra 2 kilometr necə gedə bilərdi?"
"Hadisədən sonra 10 dəqiqəyə biz ora çatdıq. Həkimə aparanda dedilər ki, öldürüb gətirmisiniz.
Bu iş ancaq müstəntiqin məsuliyyətsizliyinin nəticəsidir. Bununla bağlı şikayətlərim var. Əlbəttə müstəntiq barəsində xüsusi qərardad çıxarılnalıdır. Çünki açıq-aşkar burada müstəntiq səhlənkarlığı var. İşin ibtidai istintaqa qaytarılmasını istəyirəm".
Qətl hadisə Xırdalanda baş verib. Ş.Qasımov bacanağı Müşviq Abbasovu bıçaqlayıb. O, xəstəxanaya çatdırılıb. Bir neçə gün sonra isə dünyasını dəyişib.
Ş.Qasımov Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ölümə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

Tarix: 22-03-2019, 21:22
Xəbəri paylaş





Xəbər lenti