Bərdədə ər arvadını baltaladı


           
Bərdədə ər arvadını baltaladı
Bərdə rayonunda ər arvadına balta ilə xəsarət yetirib.

Hadisə rayonun Cəyirli kəndində qeydə alınıb. Belə ki, Kəlbəcərdən məcburi köçkün Nadirxanov Şahvələd Pənah oğlu öz həyat yoldaşı, 1983-cü il təvəllüdlü Yəhyayeva Pərvanə Arif qızına  balta ilə ağır xəsarət yetirib. Yaralı Pərvanə Yəhyayeva yaxınları tərəfindən Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Həkimlər yaralı qadının vəziyyətinin ağır olduğunu bildirib.

Faktla bağlı araşdırma başlansa da, hadisənin təfərrüatı açıqlanmır.(Report)
Tarix: 23-03-2019, 21:43
Xəbəri paylaş





Xəbər lenti