Helikopter yanğını söndürmək üçün götürdüyü suyu nədən kənara boşaltdı? - Versiya


Xəbər verildiyi kimi, bu gün səhər saatlarında paytaxtın Nizami rayonunda yerləşən "Diqlas" ticarət mərkəzində şiddətli yanğın başlayıb. FHN-in hadisə yerinə cəlb olunmuş yanğınsöndürən briqadalarına şiddətli yanğını ram etmək üçün nəzərdə tutulmuş xüsusi helikopter də qoşulub.

Musavat.com-un çəkiliş qrupunun lentə aldığı videogörnütülərdə aydın şəkildə görünür ki, helikopter öz çəninə götürdüyü suyu yanğının "episentr"indən çox-çox aralı, tüstü çıxmayan yerə boşaldır. Bu fakt videonun 2.03-2.07 dəqiqələrində aydın görünür.

Belə bir qənaət var ki, qatı tüstü buludu helikopterin pilotuna yanğının ən şiddətli yerini görməyə və ona yaxınlaşmağa imkan verməyib.


Tarix: 26-03-2019, 13:38
Xəbəri paylaş





Xəbər lenti